2015-ci ildə Cartoon Books adı ilə başladıq
O vaxt sadəcə bir fikir idi: insanların ən dəyərli xatirələri telefonlarında qalır, heç kim onları əlinə alıb oxuya bilmir. Biz həmin xatirələri kitaba çevirməyə başladıq.
İlk illər hər şey əl ilə gedirdi. Müştəri suallara cavab yazırdı, yazarımız onu hekayəyə çevirirdi, rəssam illüstrasiyaları çəkirdi, kitab isə tək nüsxə çap olunub ünvana göndərilirdi. Bir kitab bəzən həftələr çəkirdi.
Niyə hikayi
Cartoon Books adı işimizin ilk dövrünü yaxşı ifadə edirdi — cizgi, rəsm, rəngarənglik. Zamanla isə anladıq ki, insanlar bizə rəsm üçün yox, hekayə üçün gəlirlər. Rəsm vasitədir, hekayə isə məqsəd.
hikayi həmin dəyişikliyin adıdır. İş də, diqqət də eynidir — sadəcə ad mahiyyətə uyğunlaşdı.
İndi nə dəyişdi
Süni intellekt artıq Azərbaycan dilində yaza bilir. Bu, bizə imkan verdi ki, həftələrə sığan işi dəqiqələrə salaq — amma kitabın mahiyyətini dəyişməyək.
Hekayə yenə sizin xatirələrinizdən çıxır. Personajlar yenə sizin fotolarınızdan çəkilir. Kitab yenə tək nüsxə çap olunur və yalnız siz təsdiqlədikdən sonra çapa gedir.
Fərq yalnız ondadır ki, indi gözləmək lazım deyil.
Nəyə inanırıq
Ən yaxşı hədiyyə bahalı olan deyil, şəxsi olandır. Bir kitabda sizin adınız, sizin tarixləriniz və yalnız ikinizin bildiyi detallar varsa, onu heç nə əvəz edə bilməz.
Ona görə də biz sürətə yox, dəqiqliyə baxırıq. Kitab çapa getməzdən əvvəl siz onu oxuyursunuz, dəyişdirirsiniz, təsdiqləyirsiniz.
Kitabınızı yaradın