Sınaq versiyası. Sifarişlər hələ qəbul olunmur, ödəniş işləmir. Rəy və qeydlərinizi gözləyirik.
2015-ci ildən

Sevdiyiniz insanı kitabın qəhrəmanı edin

Danışdığınız xatirələrdən illüstrasiyalı kitab yaranır. 12 fəsil, sizin fotolarınızla, 15 dəqiqəyə hazır.

Kitabınızı yaradın
Hesab açmadan dərhal başlayın

Pulsuz önizləmə · A5 bərk cild · Pulsuz çatdırılma

Hazır kitabı əlində tutan müştəri
Şəkliniz Orijinal foto
→
İllüstrasiya Həmin fotodan çəkilmiş illüstrasiya
12 fəsillik kitab
Fərdi illüstrasiyalar
Yalnız sizin hekayəniz

Hər münasibətin öz hekayəsi var

Sevgili ilə qardaş, ana ilə dost — hər birinin dili və xatirələri ayrıdır. Kitab da buna görə dəyişir.

Siz danışırsınız, biz yazırıq

Yazıçılıq təcrübəsinə ehtiyac yoxdur — siz danışırsınız, qalanını biz edirik.

İlk dəfə harada görüşdünüz? Həmin günü xatırladığınız qədər danışın.
Bakıda, Fəvvarələr meydanındakı kafedə. Yağış yenicə kəsmişdi, mən gec gəlmişdim…
Cavabınızı yazın və ya danışın…
RəsmOrijinal
Biz çəkəcəyik
1

Xatirələr

Agent sizə suallar verir, siz cavab yazırsınız və ya mikrofona danışırsınız. İstədiyiniz xatirəyə şəkil əlavə edin — olduğu kimi qalsın, yoxsa rəsmə çevrilsin, özünüz seçirsiniz.

Təxminən 10 dəqiqə
Səhifə 7–8 / 48
2

Kitab

15 dəqiqəyə 12 fəsillik kitabınız hazır olur. Vərəqləyib baxırsınız, bəyənmədiyiniz mətni və şəkli dəyişirsiniz, üz qabığına ad verirsiniz.

Önizləmə pulsuzdur
Sizə bir kitab göndərilib Aç
Çap variantı 5 günə ünvanınızda
3

Hədiyyə

Rəqəmsal versiyanı dərhal göndərə bilərsiniz — linki açan adam əvvəlcə bağlı zərf görür, sonra kitabı. Çap variantı beş günə ünvanınıza çatır.

Çatdırılma pulsuz

Hekayənizin hər bir fəsildə necə canlandığını görün

Bu, nümunə kitabdır — sizinki eyni quruluşda, öz adlarınız və xatirələrinizlə olacaq.

1 / 12

Hazırladığımız kitablardan bəziləri

Tez-tez verilən suallar

Kitabınızı yaratmaq haqqında bilməli olduğunuz hər şey.

hikayi necə işləyir?

Əvvəlcə kitabın kimə yazılacağını seçirsiniz — sevgili, həyat yoldaşı, valideyn, qardaş və ya bacı, dost, övlad. Sonra qısa bir forma doldurursunuz: adlar, görünüş, bir neçə detal. Ardınca agent sizə 12 sual verir və siz xatirələri danışırsınız. Bunlardan 12 fəsillik kitab yazılır və hər fəsil üçün illüstrasiya çəkilir. Nəticəni ödəniş etmədən öncə görürsünüz.

Kitabı yaratmaq üçün nə lazımdır?

İki şey: suallara səmimi cavablar və bir neçə şəkil. Personajların çəkilməsi üçün hər birinizdən üzü aydın görünən 1 şəkil kifayətdir, istəsəniz ikincisini də əlavə edə bilərsiniz — işıq yaxşı olsun. Söhbətin içində isə istədiyiniz xatirəyə ayrıca şəkil əlavə edə bilərsiniz. Yazıçılıq və ya dizayn bacarığı tələb olunmur.

Nə qədər vaxt aparır?

Sualları cavablandırmaq təxminən 10 dəqiqə çəkir. Kitabın özü isə 15 dəqiqəyə hazır olur. Bu müddətdə səhifəni bağlaya bilərsiniz — e-poçtunuzu yazmısınızsa, hazır olanda xəbər göndəririk.

İllüstrasiyalar necə çəkilir?

Yüklədiyiniz şəkillərdən personajlar yaradılır və həmin personajlar bütün fəsillərdə eyni qalır. Hər fəslin səhnəsi isə sizin danışdığınız xatirədən çəkilir. Söhbətdə şəkil əlavə etsəniz, orada seçirsiniz: şəkil rəsmə çevrilsin, yoxsa olduğu kimi kitaba düşsün. Şəkil əlavə etmədiyiniz fəsillərdə səhnə mətnə görə çəkilir.

Üz qabığını özüm seçə bilərəmmi?

Bəli. Kitabın adı üçün sizə bir neçə variant təklif edirik, istəsəniz özünüz yazırsınız. Üz qabığının şəkli ya rəsm olur, ya da yüklədiyiniz fotolardan biri. İlk səhifəyə qısa həsr yazısı da əlavə olunur.

Hazırlandıqdan sonra düzəliş edə bilərəmmi?

Bəli. Kitabı vərəqləyirsiniz, bəyənmədiyiniz mətni yenidən yazdırırsınız, şəkli yenidən çəkdirirsiniz. Hər fəsildə şəklin mənbəyini də dəyişə bilərsiniz — rəsm, yoxsa orijinal foto. Kitab yalnız siz təsdiqlədikdən sonra çapa gedir.

Yarımçıq qalsa nə olur?

Cavablarınız itmir. E-poçtunuzu yazmısınızsa, sizə giriş linki göndəririk — həmin linklə istənilən cihazdan qaldığınız yerə qayıdırsınız, şifrə lazım olmur.

Hazır kitabı necə alacağam?

Rəqəmsal versiya dərhal hesabınızda görünür və PDF olaraq endirilə bilər. Həmçinin hədiyyə linki yaradılır — onu göndərdiyiniz adam kitabı öz telefonunda açır, əvvəlcə bağlı zərf görür, sonra kitabı vərəqləyir. Çap variantını seçmisinizsə, kitab ünvanınıza poçtla çatdırılır və rəqəmsal versiya da sizdə qalır.

Çap variantı necədir və xərci nə qədərdir?

Bərk cildli, A5 (14,8 × 21 sm) ölçüdə, 170 qsm qalın kağızda rəngli çap. Tək nüsxə olaraq hazırlanır və beş iş günündə ünvanınıza çatır. Çatdırılma pulsuzdur. Çap variantını seçsəniz, rəqəmsal versiya da hesabınıza düşür — hədiyyəni gözləmədən göndərə bilərsiniz. Qiymətlər qiymət səhifəsində göstərilib.

Hekayəniz hazırdır,
sadəcə danışmaq qalır

Kitabınızı yaradın